25 
May
2019
23:18
325
313
10848
Virtual karabakh

“Arsenal” Bakıya gəldi - HEYƏT

25 May, 2019
23:18
10848

“Arsenal” Bakıya gəldi - HEYƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Arsenal” klubunun nümayəndə heyəti Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşmaq üçün Bakıya gəlib. 

Oxu.Az xəbər verir ki, komanda Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib və matç günü iştirak ərizəsinə 23 oyunçunun adı daxil ediləcək. 

“Arsenal”ın heyəti: Pyer-Emerik Obameyanq, Petr Çex, Məhəmməd Əl-Nenni, Mateo Qenduzi, Aleks İvobi, Karl Cenkinson, Sead Kolaşinats, Loran Kosyelni, Aleksandr Lakazet, Bernd Leno, Ştefan Lixtştayner, Eynsli Meytlənd-Naylz, Naço Monreal, Şkodran Mustafi, Eduard Nketia, Məsut Özil, Sokratis Papastatopulos, Lukas Toreyra, Co Uilok, Qranit Caka, Dəni Uelbek, Bukayo Saka, Şavyer Amaeşi, Deyan İliev.

Onu da bildirək ki, “Arsenal”ın ispaniyalı cinah müdafiəçisi Ektor Belyerin, mərkəz müdafiəçisi Rob Holdinq və erməni yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıya gətirilməyib. İlk iki futbolçu zədələndiyi üçün final oyunu üçün sifariş olunmayıb.

Qeyd edək ki, “Çelsi” – “Arsenal” matçı mayın 29-da Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri