26 
May
2019
07:37
113
44
2865
Virtual karabakh

Valbuena “Fənərbaxça”dan gedir

26 May, 2019
07:37
2865

Valbuena “Fənərbaxça”dan gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fənərbaxça”nın yarımmüdafiəçisi Matyö Valbuena öz “twitter” hesabında yayda klubu tərk edəcəyini bildirib.

“Mənim bu klubda səyahətim başa çatdı. Burada olduğum iki il ərzində görüşmək  şansım olduğu hər kəsə minnətdarlığımı bildirirəm. Mən gözəl bir ailənin bir parçası idim. Heç vaxt unutmayın ki, mənim üçün İstanbul həmişə sarı-göy olacaq”, – deyə fransız futbolçusunun vida məktubunda bildirilir.

Qeyd edək ki, Valbuena “Fənərbaxça”ya 2017-ci ildə keçib. Ötən mövsümdə 34 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasının iştirak etdiyi 22 oyununda öz hesabına 3 qol (biri penaltidən olmaqla) yazıb və iki sarı vərəqə alıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri