26 
May
2019
19:01
297
29
3107
Virtual karabakh

Azərbaycan akrobatları Avropa çempionatında qızıl medal qazanıblar

26 May, 2019
19:01
3107

Azərbaycan akrobatları Avropa çempionatında qızıl medal qazanıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar.

Oxu.Az-ın məlumatına görə, gimnastlarımız 17,800 bal toplayıblar. Azərbaycan komandasının tərkibində Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva çıxış edib.

İkinci yerə Rusiya, üçüncü isə Rumıniya komandaları çıxıb.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri