27 
May
2019
00:24
206
32
10245
Virtual karabakh

“Barselona” doqquz futbolçu ilə yollarını ayırır

27 May, 2019
00:24
10245

“Barselona” doqquz futbolçu ilə yollarını ayırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya Kral kubokunun finalında “Valensiya”ya uduzan “Barselona” heyətlə bağlı köklü dəyişikliyə hazırlaşır.

Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi doqquz futbolçu ilə yollarını ayırır. Klub rəhbərliyinin Yasper Silessen, Ceyson Murilya, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filipe Koutinyo və Kevin Prins Boatenqlə vidalaşacağı bildirilir.

Bundan başqa, komandanın baş məşqçisi Ernesto Valverdenin də istefaya göndəriləcəyi gözlənilir. İddiaya görə, “Barselona”nın prezidenti Xosep Bartomeu və Lionel Messi ispan mütəxəssisin komandada qalmasını istəmir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri