27 
May
2019
16:24
116
41
2600
Virtual karabakh

Azərbaycan Avropa Oyunlarında səksən idmançı ilə təmsil olunacaq

27 May, 2019
16:24
2600

Azərbaycan Avropa Oyunlarında səksən idmançı ilə təmsil olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Minsk 2019” Avropa Oyunlarında Azərbaycan komandası 170 nəfərlə təmsil olunacaq.

Oxu.Az-a verilən məlumata görə, bunlardan 80-i atlet, 32-si məşqçi, 15-i inzibati şəxs, beşi tibb işçisidir.

Atletlərin idman növləri üzrə say bölgüsü aşağıdakı kimidir:

- Güləş 16 idmançı - sərbəst güləş altı idmançı, yunan-roma güləşi beş idmançı, qadın güləşi beş idmançı;

- Gimnastika 13 idmançı - bədii gimnastika yeddi idmançı, batut və tamblinq gimnastikası iki idmançı, aerobika gimnastikası iki idmançı, idman gimnastikası iki idmançı;

- Cüdo 13 idmançı (doqquz kişi, dörd qadın);

- Boks 11 idmançı (10 kişi, bir qadın);

- Karate 7 idmançı (beş kişi, iki qadın);

- Sambo yeddi idmançı (altı kişi, bir qadın);

- Atıcılıq altı idmançı;

- Velosiped idmanı beş idmançı – trek yarışları bir idmançı, şosse yarışları dörd idmançı;

- Oxatma bir idmançı;

- Kanoe idman növü bir idmançı.

II Avropa Oyunları 15 idman növü üzrə 23 yarışa (discipline) ev sahibliyi edəcək. Azərbaycan bu yarışlarda 10 idman növündə təmsil olunacaq.

Açılış mərasimi 21 iyunda, bağlanış mərasimi 30 iyunda “Dinamo” stadionunda baş tutacaq.

Azərbaycan nümayəndə heyətinin rəhbəri (chief de mission) Anar Bağırov olacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri