İyn
2019
13:05
234
414
26130
Virtual karabakh

Salatın Əsədova: Kişinin pulu olmayanda eşq də uğursuz olur - VİDEO

1 İyn, 2019
13:05
26130

Salatın Əsədova: Kişinin pulu olmayanda eşq də uğursuz olur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Bakıda keçirilən bodibildinq və fitnes-bikini üzrə çempionatın qalibi Salatın Əsədova olub.

Ümumilikdə 31 atletin iştirak etdiyi yarışda fitnes-bikini kateqoriyasında əla bədən nümayiş etdirərək qalib gələn Salatın Əsədova deyir ki, bu uğurları asanlıqla əldə etməyib.

S.Əsədovanın 25 yaşı var. Bakıda doğulub. Bildirir ki, artıq 5 ildir fitneslə məğul olur. Həm peşəkar idmançı, həm də məşqçi kimi çalışır. 

Oxu.Az 25 yaşlı üç qat Azərbaycan bodibildinq və fitnes-bikini üzrə çempion Salatın Əsədova ilə müsahibəni təqdim edir: 

- Bu gün cəmiyyətdə qadının əzələli olması, kişi kimi görünməsi bir qədər qəribə qarşılanır. Qəribə baxışlar sizə narahat etmir?

- Sizinlə razıyam. Amma xeyr, narahat etmir. Güzgüdə özümü görəndə bu, mənə xoş təsir bağışlayırsa, kənar şəxslərin fikirləri mənim üçün maraqlı deyil. Xüsusilə o kəslərin ki, onları həyatımda yalnız bir dəfə görəcəyəm.

(Salatın Əsədovanın əvvəlki halı)

- Ailəniz bu işə necə baxır?

- Sözün düzü çox istərdim ki, ailəm dəstəkləyir deyim. Başlanğıcda ailəm nəinki dəstək olmaq, heç bu işlə məşğul olmağımı da istəmirdi. Məni bu işdən əl çəkməyə vadar edirdilər. Amma zamanla uğur qazandığımı gördülər. İlk dəfə 2017-ci ildə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil olunan bodibildinq və fitnes-bikini üzrə çempion oldum. Düzdür, bir müddət, daha dəqiq desək, 2 ilə yaxın idmana ara verdim. Lakin buna baxmayaraq, yenidən qalib olmaq çox xoş hissdir. 

- Müsahibələrinizdən birində məşq proseslərinizi porno saytlara yükləyənləri şikayət edəcəyinizi demisiniz. Həmin görüntüləri görmüsünüzmü?

Əslində, sözügedən görüntülər barədə elə həmin müsahibə zamanı öyrəndim. Özüm o  videoları görməmişəm. Heç ətrafımda da elə bir insan olmayıb ki, mənə həmin görüntülərlə bağlı link atsın. Əgər həqiqətən də belə bir hal baş veribsə, görüntüləri mənə göndərsinlər. Qanun çərçivəsində bu işi görən şəxslərin cəzalanması üçün aidiyyəti orqanlara müraciət edim. Digər tərəfdən də videoların məşq prosesində çəkildiyini deyirlər. Vallah, belə pis çıxmasın, məşq zamanı mən qantel qaldırıram. Deməli insanlar porno saytlardan o qədər bezib ki, artıq idmançıların qantel qaldırmasından zövq alırlar (gülür). Başqa nə deyə bilərəm ki?!

- Deyilənə görə, sinənizdə cərrahi əməliyyat gerçəkləşdirmisiniz, doğrudurmu?

- Bunu demək olar ki, bodibildinqlə məşğul olan əksər xanımlar edir. Bəli, sinəmə silikon qoyulub. Amma bu, sadəcə olaraq, sinəmin öz formasını qaytarmaq üçün edilib. Heç bir böyütmə və ya qabarıq görüntü yaratmaq üçün deyil.

- Bəyləri maraqlandıran suala keçək. Salatın Əsədovanın sevgilisi var?

- Bu sualı son vaxtlar inanılmaz dərəcədə çox eşidirəm (gülür). Xeyr, həyatımda heç kim yoxdur. Bir dəfə möhkəm aşiq olmuşam, amma alınmayıb. Növbəti dəfə məni özünə aşiq edəcək insan hələ qarşıma çıxmayıb.

- Bəs sevgili kriteriyalarınız nədir ki, elə biri hələ rastınıza çıxmamış olsun?

- Sarışın, rəngli gözləri olan, hündürboy. Əslində, bilirsiniz, istənilən qadın yanında elə bir bəyin dayanmasını istəyər ki, onun qazandığından daha çox qazansın. Pul olmayanda, sevgi də, eşq də uğursuz olur.

- Klassik geyimlər, toy libasları seçərkən çətinlik olur?

- Əksinə, klassik geyimlərin mənə çox yaraşdığına dair təriflər eşidirəm. Bu geyimlərdə fotosessiyalarım olub. O qədər kobud görüntü olduğunu hiss etmirəm.

Könül Cəfərli 
Video: Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri