İyn
2019
21:20
18
91
2934
Virtual karabakh

Nikola Yurçeviç: İsrafilovun zədəli olması bizim problemlərimizdən biridir

7 İyn, 2019
21:20
2934

Nikola Yurçeviç: İsrafilovun zədəli olması bizim problemlərimizdən biridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər şeydən razıyam. Çox şadam ki, zədəli futbolçumuz yoxdur. Dünən Riçard Almeydanın kiçik problemi var idi. Ancaq hazırda yaxşıdır. İsrafilovun da zədəli olması bizim problemlərimizdən biridir. Macarıstan çox güclü rəqibdir, Xorvatiyanı məğlub edib. Rəqibi təhlil etmişik. Sabahkı görüşlə bağlı optimistəm. 

Oxu.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 

53 yaşlı mütəxəssis sabahkı görüşdə qapıda Səlahət Ağayevə şans verəcəyini deyib. 
Yurçeviç U-21-in Lixtenşteynə uduzması barədə də danışıb:

“Bu, bizim oyunumuza təsir etməyəcək. Həmin matça baxdım. Ağır məğlubiyyət oldu. Komanda yaxşı çıxış etdi. Əslində, yaxşı komandadır. Ümid edirəm ki, qarşıdakı matçlarda yaxşı nəticə qazanacaqlar”. 

Millimizin futbolçusu Qara Qarayev isə bunları deyib:

"Oyun bizim üçün çox əhəmiyyətlidir.  Xorvatiyanı məğlub etmələri Macarıstanın gücünü göstərir. Azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacağıq. Uzun müddətdir ki, belə ajiotajlı oyunumuz olmurdu. Normal hazırlıq keçməyimiz üçün AFFA komandaya hər cür şərait yaradıb. Neqativ düşünmək istəmirik”.

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı sabah “Bakcell Arena”da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri