İyn
2019
06:47
196
35
3940
Virtual karabakh

Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı

8 İyn, 2019
06:47
3940

Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov təşkilatla yeni müqaviləsi və onun xüsusiyyətlərindən danışdı.

Oxu.Az “Sport24.ru”-ya istinadla bildirir ki, rusiyalı idmançı danışıqların çətin keçdiyini boynuna aldı.

“Müqavilənin şərtlərini açıqlamaq istəmirəm, amma nəticədə istədiyim kimi oldu. Deyə bilmərəm ki, UFC-nin ən yaxşı müqaviləsidir, lakin ən yaxşı üçlüyə daxil etmək olar”, - Nurməhəmmədov vurğulayıb və əlavə edib ki, liqanın qarşısında beş şərt irəli sürüb: “Mən liqaya şərtlərimin yerinə yetirilməyəcəyi təqdirdə yeni müqavilə imzalamayacağımı bildirdim. Mən və komandam bunu qazanmışıq”.

Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə baş tutacaq döyüşə hazırlıqların necə getdiyindən də danışdı.

“Hazırda bir ay müddətində dağlarda məşqlər keçməliyəm, sonra isə iki ay ərzində AKA-nın zalında hazırlaşacağam. Nəhayət, son 15 gündə isə Abi-Dabidə mühitə uyğunlaşmaq üçün məşqlər keçəcəyəm”, - deyə çempion bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri