10 
İyn
2019
13:02
32
444
10462
Virtual karabakh

Türkiyəli futbolçulara İslandiyada hörmətsizlik - VİDEO

10 İyn, 2019
13:02
10462

Türkiyəli futbolçulara İslandiyada hörmətsizlik - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü oyununa çıxmaq üçün İslandiyaya gedən Türkiyə yığmasının futbolçuları gözlənilməz hadisələrlə qarşılaşıb. 

Anadolu” agentliyi xəbər verir ki, bununla bağlı türkiyəli futbolçu Burak Yılmaz məlumat verib. 

Onun sözlərinə görə, altı saatdan çox təyyarə ilə uçduqdan sonra üç saat aeroportda gözlədilib. Futbolçu bunun səbəbini onlara açıqlamadıqlarını bildirib. 

Bundan başqa, jurnalistlərə açıqlama verən Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğluna islandiyalı fanatlardan biri mikrofon əvəzinə tualet fırçası uzadıb. 

Qeyd edək ki, İslaniya-Türkiyə oyunu sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq. İyunun 8-də Türkiyə yığması doğma meydanda son dünya çempionu Fransanı 2-0 hesabı ilə məğlub edib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri