11 
İyn
2019
09:21
21
198
4488
Virtual karabakh

AVRO-2020: Azərbaycan millisinin növbəti sınağı

11 İyn, 2019
09:21
4488

AVRO-2020: Azərbaycan millisinin növbəti sınağı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Oxu.Az-ın xəbərinə görə, E qrupunda yer alan Nikola Yurçeviçin yetirmələri “Bakcell Arena”da Slovakiya komandasını qəbul edəcək.

Bu, millimizin qrupda üçüncü oyunudur. Azərbaycan komandası bundan əvvəl keçirdiyi iki oyunun hər ikisində məğlub olub.

Yığmamız Xorvatiyaya səfərdə 1:2, Macarıstana isə Bakıda 1:3 hesabı ilə uduzub.

Qrupun digər oyununda isə Macarıstan və Uels milliləri qarşılaşacaq.

E qrupuna 6 xalla Macarıstan və Xorvatiya komandaları başçılıq edir. Hərəyə üç xal toplayan Uels və Slovakiya 3-4 yerləri bölüşürlər. Hələlik bir xal belə qazanmayan Azərbaycan komandası isə sonuncu yerdədir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri