13 
İyn
2019
23:35
428
77
6955
Virtual karabakh

Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir?

13 İyn, 2019
23:35
6955

Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonda Həbib Nurməhəmmədovun iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlər maraqlı açıqlamalara şahid olublar.

Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla nə üçün revanş istəməməsinin səbəblərindən danışıb.

“Konorla revanş mümkündürmü? Son 3 ildə onun  tək bir qələbəsi olub, o da həvəskar səviyyədə boksda. O mənimlə döyüşdə əllərini yerə döyüb, aman dilədi. Öldürməməyim üçün mənə yalvarırdı, indi revanş istəyir?”.

Rusiyalı boksçu  bildirib ki, onun Makqreqorsuz da işləri başından aşır:

“İndi döyüşmək üçün sırada Toni Ferqyuson var. Məni qələbələri ard-arda düzənlər maraqlandırır. 3 ildə bir hünər göstərməmisənsə, nə barədə danışmaq olar ki?!”

Nurməhəmmədov həmçinin sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə döyüşəcəyini bildirib. O qeyd edib ki, Dastin təcrübəli döyüşçü olduğu üçün təhlükəlidir:

“Dastin 31 peşəkar döyüşün 25-də qələbə çalıb. Mən döyüşçü və insan kimi ona hörmət edirəm. Lakin çempion adını almaq istəyirsə o mənə qələbə çalmalıdır”

Bundan bir qədər öncə Dastin Porye Həbiblə döyüşsə qələbə çalacağına əminliyini ifadə etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri