14 
İyn
2019
15:38
50
243
5513
Virtual karabakh

Ramos Ronaldunu toyuna çağırmadı

14 İyn, 2019
15:38
5513

Ramos Ronaldunu toyuna çağırmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madridin “Real” klubunun kapitanı Serxio Ramos iyunun 15-də özünə dəbdəbəli toy etməyə hazırlaşır.

Bu barədə “Znaj.UA” məlumat yayıb.

O, Pilar Rubio ilə toy mərasiminə 500-ə yaxın qonaq dəvət edib. Dəvət olunanlar arasında kral klubunun, İspaniya yığmasının hazırkı və keçmiş futbolçuları, Zinəddin Zidan və Florentino Peres də yer alır.

Maraqlıdır ki, dəvətnamələr kral klubunun bütün canlı əfsanələrinə göndərilsə də, Kriştianu Ronalduya göndərilməyib. “Marca” nəşrinin yazdığına görə, Ronaldu “Yuventus” klubuna keçəndən futbolçular bir-biri ilə danışmır. Halbuki onlar bir vaxt ən yaxın dostlar olub.

Ramos toyu ona məxsus olan fermada keçirəcək. Qonaqlardan “dres-koda” riayət etmələri xahiş olunub. Toy şənliyində əfsanəvi AC/DC rok qrupu çıxış edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri