16 
İyn
2019
20:12
145
55
5177
Virtual karabakh

“Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu

İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Tanınmış məşqçi Mauritsio Sarri “Çelsi”dən ayrılaraq Turin komandasını çalışdırmağa qərar verib. Onunla üç illik müqavilə bağlanıb.

M.Sarri bu postda Massimiliano Alleqrini əvəzləyib.

O, 2018-ci ilin yayında “Çelsi” klubunun (İngiltərə) baş məşqçisi təyin olunub. Komanda italiyalı baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında üçüncü yeri tutub, İngiltərə Liqa Kubokunun finalına qədər iləliləyib və Avropa Liqasının qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri