17 
İyn
2019
01:50
88
24
2593
Virtual karabakh

Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

17 İyn, 2019
01:50
2593

Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 16-da Abşeron Olimpiya İdman Kompleksində uşunun citkundo və çinda növləri üzrə Bakı kuboku yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilib. Çempionatda Bakının idman klublarından 200-ə yaxın idmançı qızıl medal uğrunda mübarizə aparıb. Bakı kuboku üzrə mübarizədə "Arktika" komandası medal hesabına görə birinci olub. "Anar-Mehemmedi" komandası ikinci, "Avatar" komandası isə üçüncü olub.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri federasiya tərəfindən diplom və medallarla təltif olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri