18 
İyn
2019
01:57
83
22
3777
Virtual karabakh

Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi

18 İyn, 2019
01:57
3777

Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasında I təsnifat mərhələsinin püşkatması ərəfəsində iştirakçılar qruplara bölünüb.

Oxu.Az-ın məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Komandalar 9 qrupda yer alacaq. Bunlardan yeddisinə 10, ikisinə 12 komanda daxil edilib.

İyunun 18-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq tədbirdə iştirak edəcək “Neftçi” və “Səbail”in potensial rəqiblərinin də sayı azalıb.

V qrupun səpələnmişlərindən olan “Neftçi”nin 5 mümkün rəqibi var - “Hibernian” (Malta), “Rujomberok” (Slovakiya), “Akademiya Pandev” (Şimali Makedoniya), “Zeta” (Monteneqro) və “Speranta” (Moldova).

“Səbail” isə  IX qrupa düşüb. Onun mümkün rəqibləri “Petrokub” (Moldova), “Trans” (Estoniya), “Baltsan” (Malta), “Şkupi” (Şimali Makedoniya), “Universitatya” (Rumıniya) və “Laçi” (Albaniya) komandalarıdır.

Qeyd edək ki, Avropa Liqasında ilkin mərhələ iyunun 27-si və iyulun 4-də, I təsnifat mərhələsi isə iyulun 11-i və 18-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri