18 
İyn
2019
22:35
340
24
4665
Virtual karabakh

İki güləşçimiz Avropa çempionu oldu, ikisi finala çıxdı - VİDEO

İtaliyanın Faentsa şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatına millimiz uğurlu başlayıb.

Oxu.Az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz iki qızıl və bir bürünc medal qazanıb.

Məlik Əliyev (-48 kq) finalda Rusiya güləşçisi Damir Kalakutokla görüşdə 0:3 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib (5:3) və Avropa çempionu olub.

Yarımfinalda erməni rəqibi Varujan Antonyanı 4:0 məğlub edərək finala çıxmış Nihat Məmmədli (-55 kq) də qızıl medal qazanıb. O, Belarus idmançısı Qleb Makarankaya vaxtından əvvəl qalib gələrək (9:0) öz çəkisində Avropanın ən güclüsü adını qazanıb.

Xasay Həsənli (-65 kq) üçüncü yer uğrunda görüşdə Gürcüstandan olan rəqibi Nikoloz Marqvelaşviliyə ilk hissədə qalib gəlməklə (9:0) bürünc medalı boynundan asıb.

Qeyd edək ki, Fərid Sadıqlı (-45 kq) və Laçın Vəliyev (-92 kq) də sabah final görüşlərinə çıxacaq. Hər iki idmançımızın həlledici görüşdəki rəqibləri Rusiya güləşçiləri olacaq. Bundan başqa, Allahverdi Əliyev (-71 kq) sabah bürünc medal görüşünə çıxacaq. Təsəlliverici yarışlara çıxacaq Nihad Quluzadə (-51 kq) və Əli Alıyevin (-60 kq) də sabah bürünc medal qazanmaq şansı var.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri