19 
İyn
2019
17:36
255
47
4473
Virtual karabakh

Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır

19 İyn, 2019
17:36
4473

Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” klubunun forvardı və kapitanı Lionel Messi braziliyalı futbolçu Neymarın Kataloniya klubuna qayıtmasını istəyir.

Bu barədə “El Mundo” nəşri məlumat yayıb.

Məlumata əsasən, argentinalı hücumçu bu istəyini klubun prezidenti Xosep Mariya Bartomeuya bildirib.

“Barselona” klubunun rəhbərliyi hazırda potensial transfer sövdələşməsinin şərtlərini götür-qoy edir.

Neymar hazırda Fransanın PSJ klubunda çıxış edir və klubla yollarını ayıracağı ilə bağlı söz-söhbətlər gedir.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-2017-cü illərdə “Barselona”nın şərəfini qoruyub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri