22 
İyn
2019
17:24
788
50
9999
Virtual karabakh

Azərbaycan boksçusu ermənini rinqə çıxdığına peşman etdi - YENİLƏNİB

22 İyn, 2019
17:24
9999

Azərbaycan boksçusu ermənini rinqə çıxdığına peşman etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stend atıcıları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə start verib.

Oxu.Az-ın Minskə ezam olunan əməkdaşının məlumatına görə, atıcıların mübarizəsinin ilk günündə kişi və qadınlar trap növündə qüvvələrini sınayıblar.

Azərbaycanın bu növdə yeganə təmsilçisi Əli Hüseynli təsnifat mərhələsində hədəf önünə keçib. 68 xal toplayan snayperimiz 20-ci yeri tutub.

Qeyd edək ki, bu gün güllə atıcılığı üzrə Nigar Nəsirova və Ruslan Lunyov da debüt edib. Onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında qüvvələrini sınayıb. 27 cütlüyün mübarizə apardığı təsnifat mərhələsində Azərbaycan idmançıları 566 xalla 19-cu yeri tutub.

16:27

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo idman növünün ilk günündə millimiz medal qazana bilməyib.

Oxu.Az-ın Minskə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bürünc medal qazanmaq şansını saxlayan Gültac Məmmədəliyeva (-52 kq) italiyalı rəqibi Odetta Quiffrida ilə görüşdə ippon fəndinə düşərək uduzub.

Qeyd edək ki, bu gün mübarizə aparmış digər altı cüdoçumuz isə daha əvvəl mübarizəni başa vurub.

16:04

Bu gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ikinci günə start verilib.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən Nigar Nəsirova və Ruslan Lunyov debüt edib.

Onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında 566 xalla 19-cu yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Bu gün cüdo yarışına da start verilib. Aişə Qurbanlı (-48 kq) rumıniyalı idmançıya qalib gəlsə də, 1/8 finalda ispaniyalı rəqibi onu ippona salıb. Bu çəkidə digər idmançımız – monqolustanlı İçinxorlu Munxtsedev ilk görüşündə gürcü rəqibinə yenilib.

Gültac Məmmədəliyeva (-52 kq) finlandiyalı və belçikalı rəqiblərini məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə polşalı Aqata Perentsə uduzub. İdmançımız bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. Bu çəkidə rumıniyalı legionerimiz Aleksandra-Larisa Florian isə ilk görüşdə polşalı idmançıya uduzub.

Kişilərimiz də uğursuz çıxış edib. 60 kq-da çıxış edən iki idmançımız Kəramət Hüseynovla Orxan Səfərov sloveniyalı rəqiblərini keçsələr də, 1/8 finalda müvafiq olaraq Niderland və Belçika idmançılarına yenilib.

Nicat Şıxəlizadə isə ukraynalı Boqdan Yadova məğlub olaraq mübarizəni başa vurub.

Sambo yarışlarına da bu gün start verilib. Mehman Xəlilov (-57 kq) belaruslu, Ceyhun Hüseynov (-82 kq) gürcüstanlı rəqiblərinə uduzub.

Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla qarşılaşacaq. Ceyhun Hüseynov isə bürünc medal üçün təsəlliverici görüşdə italiyalı rəqibinə uduzub.

Emil Həsənov (-68 kq) 1/4 finalda rumıniyalı rəqibinə qalib gəlsə də, yarımfinalda gürcü rəqibinə uduzub. O, bürünc medal uğrunda görüşdə bolqarıstanlı Martin İvanovla axşam seansında qarşılaşacaq.

Samboda yeganə qadın idmançımız Gözəl Zutova (-72 kq) da uğursuzluğa düçar olub. O, ilk görüşdə fransalı, təsəlliverici qarşılaşmada isə rumıniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Bu gün boksda Olimpiya mükafatçımız Lorenso Sotomayor (-69 kq) mübarizəyə qoşulub. O, 1/16 finalda ermənistanlı Qurqen Madoyan üzərində 5:0 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, boksda bu gün komandamızın lideri Kamran Şahsuvarlı, Cavid Çələbiyev və Alfonso Dominqes də mübarizə aparacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri