23 
İyn
2019
18:56
614
53
8737
Virtual karabakh

Avropa Oyunlarında bayraqdarımız gümüş medalla kifayətləndi - YENİLƏNİB

23 İyn, 2019
18:56
8737

Avropa Oyunlarında bayraqdarımız gümüş medalla kifayətləndi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Rüstəm Orucov II Avropa Oyunlarında gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda isveçli Tomas Masiasa məğlub olub.

İsveçli idmançımızı ippona salıb. Bu, Azərbaycanın Minskdə ikinci gümüşü, ümumilikdə altıncı medalı olub.

Qeyd edək ki, son Olimpiadanın mükafatçısı olmuş Rüstəm Orucov II Avropa Oyunlarının açılış mərasimində bayraqdarımız idi.

18.38

Azərbaycan cüdoçusu Hidayət Heydərov II Avropa Oyunlarında bürünc medal qazanıb.

Oxu.Az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov üçüncü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.

Bununla da Azərbaycan beşinci medalını qazanıb.

Xatırladaq ki, daha əvvəl bir gümüş və üç bürünc medalımız vardı.

16.28

Azərbaycan cüdoçusu Rüstəm Orucov II Avropa Oyunlarında finala çıxıb.

Oxu.Az xəbər verir ki, Olimpiya mükafatçımız yunan rəqibini ippona salaraq finala yüksəlib.

Həlledici qarşılaşmada onun rəqibi isveçli Tomi Masias olacaq.

Hidayət Heydərovun isə bürünc medal uğrunda rəqibi gürcü Laşa Şavdatuaşvili olacaq.

16.00

Azərbaycan cüdoçusu Hidayət Heydərov II Avropa Oyunlarında təsəlliverici görüşdə erməni rəqibi Ferdinand Karapetyanı məğlub edib.

Oxu.Az xəbər verir ki, o, daha əvvəl Rüstəm Orucovun məğlub etdiyi Karapetyanı Golden Score-da ippona salıb.

Qeyd edək ki, Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

14.40

II Avropa Oyunlarında azərbaycanlı cüdoçu Rüstəm Orucov erməni rəqibini məğlub edib.

Oxu.Az xəbər verir ki, Orucov Ferdinand Karapetyana vazari fəndi ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında ermənilər üzərində üçüncü qələbəsidir.

Hidayət Heydərov isə yunan rəqibinə uduzaraq təsəlliverici yarışa qatılacaq. O, Karapetyanla qarşılaşacaq.

14.04

II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (-73 kq) yarımfinala adlayıb.

28 yaşlı idmançımız 1/16 finalda monteneqrolu, 1/8 finalda italiyalı rəqibini ippona salıb. Onun 1/4 finaldakı rəqibi erməni Ferdinand Karapetyan olub.

Bu çəki dərəcəsindəki daha bir cüdoçumuz Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı rəqibini məğlub edib. O növbəti rəqibi israilli Din Yaakov Qemeri ippona salaraq 1/4 finala çıxıb.

Qadınların yarışında Nuriyyə Axundova (-63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri