26 
İyn
2019
14:18
517
24
5215
Virtual karabakh

Kikboksçumuz Çində ən güclü oldu - VİDEO

26 İyn, 2019
14:18
5215

Kikboksçumuz Çində ən güclü oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı kikboksçu Ramal Aslanov daha bir yarışın qalibi olub. 

Oxu.Az xəbər verir ki, “Lord” ləqəbli idmançımız Çində keçirilən beynəlxalq kikboksinq yarışında qələbə qazanıb.

Yarışla bağlı idmançının fikirlərini öyrəndik:

“FF döyüş təşkilatının ən güclüləri burada yarışırdı. Mən 2016-cı ildə bu yarışın “Qran Pri”sinin qalibi olmuşdum. Ən güclü səkkiz idmançı arasında birinci yeri tutmuşdum. İndi qarşılaşdığım Su Liu adlı çinli idmançı isə 2018-ci ildə bu turnirin qalibi olub. Üstəlik, o, “Glory 57”nin də çempionu idi”.

R.Aslanov rəqibini necə məğlub etməsindən də danışıb:

“Döyüş çətin keçdi. Bu dəfə taktikada dəyişiklik etmişdim. Çünki rəqiblərim bilir ki, əl zərbələrim güclüdür. Ona görə də bu dəfə döyüş vaxtı daha çox ayaq və diz zərbələrinə üstünlük verdim. Nəticədə xal hesabı ilə rəqibimə qalib gəlib kuboku qazandım”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri