27 
İyn
2019
08:51
151
78
4037
Virtual karabakh

PSJ Neymarın “Barselona”ya keçidinə razı olmadı

27 İyn, 2019
08:51
4037

PSJ Neymarın “Barselona”ya keçidinə razı olmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandası braziliyalı Neymarın İspaniyanın “Barselona” klubuna transferinə razılıq verməyib.

Bu barədə “Gazeta.ru” “Le Parisien” nəşrinə istinadla xəbər verir.

Mənbənin verdiyi məlumata əsasən, PSJ Kataloniya komandası ilə danışıqlar aparmaqdan imtina edib. Lakin 27 yaşlı futbolçunun özü iyulun 7-də Fransa klubunu tərk edəcəyini elan etmək fikrindədir.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında rekord qiymətə - 222 milyon avroya “Barselona”dan keçib. Onun Fransa komandası ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında bitir. Neymar PSJ-nin tərkibində bütün turnirlərdə keçirdiyi 58 oyun zamanı 51 qol vurub və 29 məhsuldar ötürmə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri