27 
İyn
2019
13:34
194
67
2530
Virtual karabakh

II Avropa Oyunlarının azərbaycanlı təşkilatçısı: Bu yarışın bünövrəsi Azərbaycanda qoyulub

27 İyn, 2019
13:34
2530

II Avropa Oyunlarının azərbaycanlı təşkilatçısı: Bu yarışın bünövrəsi Azərbaycanda qoyulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Oyunlarının bünövrəsi Azərbaycanda qoyulub.

Oxu.Az xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə məsləhətçisi Samir Məmmədov deyib.

O, II Avropa Oyunlarının Əməliyyat Komitəsinin sədri Georgi Katulinlə danışıqlardan sonra birgə hazırlıq işlərinə başladıqlarını, gələcək strategiyanı və planlamanı hazırladıqlarını bildirib:

“İlk gündən bütün departamentlər üzrə ekspert-konsultant kimi çalışıram. Bura gələndən sonra Azərbaycandan da mütəxəssislər dəvət etdim. Çox qürur hissi ilə deyə bilərəm ki, iki il ərzində çəkdiyimiz əziyyətin bəhrəsini bu gün görürük”.

İlk gündən Minskdə II Avropa Oyunları ilə bağlı təşkilati işlərdə Azərbaycandan gələn mütəxəssislər də çalışır. Belarus hökuməti onları 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında həyata keçirdiyi uğurlu layihələrin Minskdə tətbiqi üçün dəvət edib və birgə işlər görülüb.

S.Məmmədov Minskə ezam olunan jurnalistlərə müsahibəsində bildirib ki, o, hələ Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatan kimi dərhal II Avropa Oyunlarının təşkilati işləri üçün Belarusdan dəvət alıb: 

“I Avropa Oyunlarında Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva intensiv olaraq görülən işlərlə maraqlanırdılar, işçi qüvvəsi ilə görüşürdülər. Bu isə bizdə böyük ruh yüksəkliyi yaradırdı. Onun nəticəsidir ki, bu gun biz xarici ölkədə müxtəlif vəzifələrdə mütəxəssis kimi çalışırıq.

Minskdə Avropa Komitəsinin ekspertləri ilə hər görüşümüzdə onlar ilk Avropa Oyunlarının yüksək təşkilatçılığından danışırdılar. Hazırda Avropa Oyunlarının Əməliyyat Komitəsində bir neçə azərbaycanlı mütəxəssis çalışır. Nəzərə alınsa ki, Avropa Oyunlarının bünövrəsi məhz Azərbaycanda qoyulub, demək ki, yazılmış qanunlar və strategiya var. Amma Minsk də bu oyunlara özünəməxsusluğunu qata bilib”.

S.Məmmədov sonda qeyd edib ki, II Avropa Oyunları başa çatan kimi Bakıya qayıdaraq XV Yay Avropa Gənclər Olimpiya Festivalının təşkili işində çalışacaq:

“Bununla bağlı dəvət almışam və yenidən Vətəndə çalışacağım üçün qürur hissi keçirirəm. Artıq Azərbaycanın Avropa, Olimpiya Oyunlarının təşkilati işlərində çalışan peşəkar mütəxəssisləri yetişib”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri