27 
İyn
2019
20:06
752
48
8026
Virtual karabakh

Mariya Stadnik və Elmira Qəmbərova finalda - YENİLƏNİB

27 İyn, 2019
20:06
8026

Mariya Stadnik və Elmira Qəmbərova finalda - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik finala çıxıb.

Oxu.Az xəbər verir ki, o, yarımfinalda Türkiyə idmançısına 0:1 hesabı ilə uduzsa da, sonda 6:1 qalib gələrək finala çıxıb.

Ukraynalı legionerimizin finaldakı rəqibi Oksana Livaç olacaq.

Bundan başqa, digər güləşçimiz Alyona Kolesnikin də bürünc medal üçün təsəlliverici yarışa qatılacağı dəqiqləşib.

Daha bir qadın güləşçimiz Elmira Qəmbərova da finala çıxıb.

O, rumıniyalı Krista İnçeyə birinci hissədə 0:1 hesabı ilə uduzsa da, sonda 4:1 qalib gəlib.

Bununla da Elmira Qəmbərova finala çıxan ikinci qadın idmançımız olub.

14:41

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Oxu.Az xəbər verir ki, bu gün son dörd qadın güləşçimiz mübarizəyə qoşulub. 

Mariya Stadnik (-50 kq) mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə 10:0 qalib gələrək yarımfinala yüksəlib. Onun rəqibi türkiyəli Evin Dəmirhan olacaq.

Alyona Kolesnik (-57 kq) yarışa macar rəqibi üzərində parlaq qələbəylə başlayıb – 10:0. Ancaq Kolesnik 1/4 finalda Bolqarıstan idmançısına 0:6 hesabı ilə məğlub olub.

Elmira Qəmbərova (-62 kq) ilk mərhələdə Almaniya təmsilçisinə 4:0 qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən (9:0) yolundan kənarlaşdıraraq, yarımfinala vəsiqə qazanıb. Onun yarımfinaldakı rəqibi rumıniyalı Krişta İnçe olacaq.

Səbirə Əliyeva (-76 kq) üçün də start çox uğurlu alınıb. Həmyerlimiz çətinlik çəkmədən yunan həmkarını üstələyib – 9:0. Daha sonra britaniyalı rəqibinə gücünü göstərən (8:2) Əliyeva adını yarımfinala yazdırıb. O, finala çıxmaq üçün almaniyalı Rafadelt Fransi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri