30 
İyn
2019
12:22
403
28
5082
Virtual karabakh

Azərbaycana beşinci qızılı qazandıran idmançı: Rəqibin səhvindən yararlandım

30 İyn, 2019
12:22
5082

Azərbaycana beşinci qızılı qazandıran idmançı: Rəqibin səhvindən yararlandım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çəki dərəcəmdəki səkkiz nəfərin hamısı Avropa və dünya çempionatında medal qazanmış idmançılar idi. Sadəcə, bura qızıl medal qazanaraq himnimizi səsləndirmək niyyəti ilə gəlmişdim.

Bunu Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında dünən II Avropa Oyunlarında Azərbaycana karate idman növündə qızıl medal qazandırmış Asiman Qurbanlı deyib.

+84 kq çəki dərəcəsində çıxış etmiş karateçimiz bildirib ki, finalda xorvatiyalı Ancelo Kvesiç üzərində qələbə zamanı işlətdiyi taktika işə yarayıb:

“Həqiqətən çox əziyyət çəkirdik. Çox istəkli idim, gecə-gündüz qızıl medal qazanmaq üçün çalışırdım. Qrupum da çox çətin idi. Çox güclü idmançılarla eyni qrupa düşmüşdüm. Lakin ümidimi itirməyərək, məqsədimə doğru inamlı addımlarla getdim. Sevinirəm ki, artıq boynumda qızıl medal var, himnimizi səsləndirmişik. Bu qızıl medal ölkəmizi bir addım da olsa, irəli aparır. Ümidvaram ki, son yarış günündə də karateçilərimiz qızıl medallar qazanaraq, ölkəmizi daha irəli aparacaqlar”.

A.Qurbanlı bildirib ki, finalda taktikanı qursa da, rəqibi də yaxşı hazırlaşmışdı:

“Lakin o, bir-iki səhvimdən yararlana bilmədi. Çox güclü idmançıdır, hətta bir dəfə ona uduzmuşam. Sadəcə, düşündüyüm taktika var idi. O da səhv buraxdı və mən bundan yararlandım. Nəticədə hesabda 1:0 önə keçdim və üstünlüyümü sonadək qoruyub saxlaya bildim”.

Qeyd edək ki, A.Qurbanlı Azərbaycana beşinci qızıl medalı qazandıran idmançı olub. Bununla da millimiz doqquzuncu sıraya yüksəlib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri