İyl
2019
23:53
156
24
2785
Virtual karabakh

Cüdo millimizdən bürünc medal

7 İyl, 2019
23:53
2785

Cüdo millimizdən bürünc medal

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurub.

Oxu.Az xəbər verir ki, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.

Millimizlə yanaşı, Yaponiya komandası da üçüncü yeri tutub. Koreya ikinci, Rusiya isə birinci olub.

Qeyd edək ki, iki gün əvvəl cüdoçumuz Hidayət Heydərov Universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri