İyl
2019
11:51
18
117
2207
Virtual karabakh

Xanım voleybolçularımız Bakıdakı yarışda iştirak edə bilməyəcək - Yaşları çatmır

8 İyl, 2019
11:51
2207

Xanım voleybolçularımız Bakıdakı yarışda iştirak edə bilməyəcək - Yaşları çatmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın gənc qızlardan ibarət voleybol milli komandası Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında iştirak etməyəcək.

Oxu.Az-ın xəbərinə görə, festivalın reqlamentinə əsasən, voleybol yarışlarında qızlar 2002/2003, oğlanlar 2001/2002 təvəllüdlü olmalıdır.

Bizim qızlardan ibarət millimizin üzvlərinin əksəriyyəti isə 2004 təvəllüdlü olduğundan onların yarışda iştirakına icazə verilməyib.

Bu səbəbdən Avropa Gənclər Olimpiya Festivalında yalnız oğlanlardan ibarət voleybol millimiz iştirak edəcək. Eldar Əliyevin baş məşqçisi olduğu komandamız A qrupunda Belarus, Almaniya və Rusiya milliləri ilə mübarizə aparacaq. B qrupunda isə Bolqarıstan, İtaliya, Çexiya və Belçika milliləri yarışacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri