11 
İyl
2019
21:53
102
169
6016
Virtual karabakh

“Səbail” öz meydanında məğlub oldu - YENİLƏNİB

11 İyl, 2019
21:53
6016

“Səbail” öz meydanında məğlub oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Bakıdakı “ASCO Arena”da keçirilən görüş başa çatıb.

Oyun təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Səbail”in hər iki qoluna Ağabala Ramazanov imza atıbsa, qonaqların heyətində Matyu, Banku və Roman fərqlənib.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 2:3

Qollar: Ağabala Ramazanov, 33, 82 - Matyu, 13, Banku, 51, Roman, 67

Baş hakim: Fyodor Zammit (Malta)

 

21:33

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Bakıdakı “ASCO Arena”da keçirilən görüşdə hesab yenidən dəyişib.

Qarşılaşmanın 67-ci dəqiqəsində qonaqlar hesab arasındakı fərqi artırıblar. Roman komandasının növbəti qoluna imza atıb.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 1:3

Qollar: Ağabala Ramazanov, 33 - Matyu, 13, Banku, 51, Roman, 67

Baş hakim: Fyodor Zammit (Malta)

 

21:15

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Bakıdakı “ASCO Arena”da keçirilən görüşdə hesab dəyişib.

Qarşılaşmanın 51-ci dəqiqəsində qonaqlar yenidən hesabda önə çıxıblar. Nikisur Banku komandasını önə keçirən qola imza atıb.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 1:2

Qollar: Ağabala Ramazanov, 33 - Matyu, 13, Banku, 51

Baş hakim: Fyodor Zammit (Malta)

 

20:37

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Bakıdakı “ASCO Arena”da keçirilən görüşdə hesab bərabərləşib.

“Səbail”in hücumçusu Ağabala Ramazanov 33-cü dəqiqədə komandasının cavab qoluna imza atıb.

Bu, həm də bakılıların avrokuboklardakı ilk qolu kimi tarixə düşüb.

Hazırda davam edən oyunda hesab bərabərdir – 1:1.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 1:1

Qollar: Ağabala Ramazanov, 33 - Matyu, 13

Baş hakim: Fyodor Zammit (Malta)

 

20:23

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Bakıdakı “ASCO Arena”da keçirilən görüşdə hesab açılıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində qonaq komanda hesabda irəli çıxıb.

Matyu fərqlənib.

Hazırda davam edən oyunda “Səbail” məğlub olur.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 0:1

Qol: Matyu, 13

Baş hakim: Fyodor Zammit (Malta)

 

20:08

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Bakıdakı “ASCO Arena”da keçirilən görüş start götürüb.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 0:0

Baş hakim: Fyodor Zammit (Malta)

Bakı. “ASCO Arena”

 

19:11

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, saat 20:00-da start götürəcək matçın start heyətləri açıqlanıb.

Komandaların oyuna başlayacaq “ilk 11-liy”i və ehtiyat oyunçuları aşağıdakı kimidir.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya)

Baş hakim: Fyodor Zammit (Malta)

Bakı. “ASCO Arena”

“Səbail: 12. Daniel Bojinovski. 6. Maykl Essyen, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Duventru Dilan

Baş məşqçi: Aftandil Hacıyev

“Universitatya Krayova”: 13. Mirko Pilyatselli, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 7. Mixay Roman, 8. Aleksandru Mateyu, 11. Nikuşor Banku, 14. Kamer Qaka, 21. Antoni İvanov, 22. Kristian Barbux, 26. Stefan Akka, 27. İvan Martiç,

Ehtiyat oyunçular: 1. Laurentsiu Popesku, 2. Tyaqo Ferreyra, 4. Florin Borta, 9. Karlos Fortes, 17. Ştefan Bayaram, 23. Vasile Konstantin, 31. Aleksandru İonitse

Baş məşqçi: Korneliu Papure

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri