12 
İyl
2019
15:03
590
54
5140
Virtual karabakh

Tayson: Nurməhəmmədova qalib gəlmək Makqreqorun başı üçün deyil

12 İyl, 2019
15:03
5140

Tayson: Nurməhəmmədova qalib gəlmək Makqreqorun başı üçün deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC döyüşçüsü Konor Makqreqor UFC çempionu Həbib Nurməhəmmədova əsla qalib gələ bilməz. Bununla belə, irland idmançı bu “döyüş”ə yenə də böyük auditoriya toplaya bilər.

Low Kick MMA” xəbər verir ki, bu fikirləri boks üzrə ağır çəki kateqoriyasındakı keçmiş dünya çempionu Mayk Tayson səsləndirib.

“Hesab edirəm ki, Makqreqor reklam sahəsi üzrə bir dahidir. Həbib ona qalib gəlsə də, onlar yenidən döyüşmək arzusundadırlar! İnsanlar da yenidən onların döyüşünü görmək istəyirlər. Bununla belə, Makqreqor Həbibə qalib gələ bilməyəcək, ümumiyyətlə, heç vaxt ondan üstün ola bilməyəcək. Amma insanlar hər şeyə rəğmən, bu döyüşə pul xərcləməyə hazırdırlar. Makqreqor dahidir, bu bacarığı isə ondan almaq qeyri-mümkündür”, - M.Tayson deyib.

Sabiq boksçu düşünür ki, K.Makqreqorla döyüş H.Nurməhəmmədov üçün məna kəsb edir, çünki rusiyalı idmançı daha zəif idmançı ilə qarşılaşmaya görə daha çox pul alacaq, nəinki özü ilə bərabər gücdə olan rəqiblə.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri