13 
İyl
2019
00:44
208
18
4267
Virtual karabakh

Ramil Şeydayev “Dinamo”da debüt etdi

13 İyl, 2019
00:44
4267

Ramil Şeydayev “Dinamo”da debüt etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilib.

Oxu.Az xəbər verir ki, 2019/20 mövsümünün açılış oyununda Moskva “Dinamo”su Tula “Arsenal”ına qonaq olub.

Qonaq komandanın heyətində Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev ilk dəqiqələrdən meydana çıxıb.

Yay “transfer pəncərəsi”ndə “Dinamo”ya transfer olunan futbolçumuz start heyətdə meydana çıxmaqla həm də yeni klubunda rəsmən debüt edib. O, 88-ci dəqiqədə əvəzlənib. Komandası isə meydanı 1 xalla tərk edib – 1:1.

Qeyd edək ki, Tula “Arsenal”ı “Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibidir. “Ağ-qaralar” Moldovanın “Speranta” klubunu mübarizdən kənarlaşdırsa, məhz Rusiya klubu ilə mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri