15 
İyl
2019
17:13
205
50
5134
Virtual karabakh

“Qarabağ” belçikalı futbolçu transfer etdi

15 İyl, 2019
17:13
5134

“Qarabağ” belçikalı futbolçu transfer etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.

Oxu.Az xəbər verir ki, Ağdam komandası Belçika doğumlu Faysal Rerrası heyətinə qatıb. 

Əslən Mərakeşdən olan sol cinah müdafiəçisi ilə iki illik müqavilə imzalanıb. O, komandanı tərk edən haitili Donald Qeryenin yerinə transfer edilib.

26 yaşlı müdafiəçi əvvəl Belçikanın “Vize”, “Sent-Trüyden”, “Mexelen”, eləcə də, Şotlandiyanın “Harts” və “Haybernian” klublarında çıxış edib. Onun sonuncu klubu Fransanın “Bezye” klubu olub.

O, Mərakeş millisi ilə bir oyun keçirilib. Bu, 2016-cı ilin avqustunda Albaniya ilə qolsuz başa çatan yoldaşlıq oyunu olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri