16 
İyl
2019
11:45
60
66
4516
Virtual karabakh

Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalında neçə idmançı təmsil edəcək?

16 İyl, 2019
11:45
4516

Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalında neçə idmançı təmsil edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Avropa Gənclər Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan idmançılarının sayı bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan adından turnirdə 122 idmançı mübarizə aparacaq.

Bunlardan 80-i oğlan, 42-si qız idmançıdır. Həmçinin 34 komanda rəsmisi qeydiyyatdan keçib. Bunlar millilərimizin baş məşqçiləri, onların köməkçiləri və tibbi-texniki personaldır.

Ümumilikdə Azərbaycan nümayəndə heyəti 156 nəfərdən ibarət olacaq.

Yarış üçün 2500 könüllü qeydiyyatdan keçib.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan paytaxtında 21-27 iyul tarixlərində keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri