16 
İyl
2019
14:30
141
69
3897
Virtual karabakh

“Qarabağ” komandaya qoşulmayan futbolçu ilə yollarını ayırdı

16 İyl, 2019
14:30
3897

“Qarabağ” komandaya qoşulmayan futbolçu ilə yollarını ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” haitili futbolçu Donald Gerye ilə yolları ayırıb.

Oxu.Az xəbər verir ki, Haiti millisi ilə “Qızıl Kubok” (Gold Cup) turnirində iştirak edən futbolçu klubla razılaşdırılmış vaxtdan sonra komandasının təlim-məşq toplanışına qayıtmayıb.

Bundan başqa, o, Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın “Partizani” ilə görüşündə iştirak etməyib. Bu səbəbdən də Ağdam klubu futbolçu ilə yolları ayırmaq qərarı verib.

Qeyd edək ki, tam adı Vild-Donald Gerye olan 30 yaşlı sol cinah futbolçusu 2017-ci ilin iyulun 6-da “Qarabağ”la iki illik müqavilə bağlamışdı. Bu ay müqaviləsi başa çatsa da, ötən ilin iyununda klub onunla daha bir illik müqaviləyə qol çəkmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri