16 
İyl
2019
16:16
86
30
11704
Virtual karabakh

EYOF üçün Bakıya gələcək ilk ölkənin adı açıqlandı

16 İyl, 2019
16:16
11704

EYOF üçün Bakıya gələcək ilk ölkənin adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı (EYOF) üçün Bakıya gələcək ilk olimpiya komandasının adına aydınlıq gəlib.

Bunu Oxu.Az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

S.Məmmədova bildirib ki, Bakıdakı Atletlər kəndi iyulun 18-dən etibarən qonaq komandalar üçün açıq olacaq:

“Ölkəmizə ilk gələn komandanın İspaniya olacağı bəllidir. Ümumilikdə bu yarış üçün 946 medal hazırlanıb. Bunlardan 300-ü qızıl, 300-ü gümüş, 346-sı isə bürüncdür.

Bildiyiniz kimi, basketbol, voleybol, həndbol kimi komanda yarışlarında qaliblərə bir yox, bir neçə medal veriləcək. Amma medal dəsti 135-dir”.

Qeyd edək ki, XV Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-də başlayacaq və 27-də başa çatacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri