16 
İyl
2019
19:16
33
170
6667
Virtual karabakh

Qurban Qurbanov şikayətləndi: Bu amil bizə mənfi təsir göstərir

16 İyl, 2019
19:16
6667

Qurban Qurbanov şikayətləndi: Bu amil bizə mənfi təsir göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk oyunda rəqibi tanıdıq, ciddi komandadır. Çox düzgün və aqressiv formada müdafiə olunurlar. Həm də sürətli əks-hücumlar təşkil edirlər.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Albaniyanın “Partizani” komandası ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu ərəfəsində keçirilən mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, diqqətli olmağa çalışacaqlar: “Bu cür rəqiblərə qarşı oynamışıq. Rəqib düşərgənin açıqlamalarından da görünür ki, istəklidirlər. Biz də çalışacağıq ki, həddindən artıq diqqətli olaq. Təcrübəmiz var. Bəzən xeyli uğur əldə edəndən sonra hansısa turnirdə mənfi nəticə olur. Sabah təcrübə və səbrin bizə faydası olmalıdır. Son illərdə bir stadionda oynaya bilmirik. Bu barədə danışmaq istəməzdim. Bu amil bizə mənfi təsir göstərir. Bizim üçün ən uyğun arena Tofiq Bəhramov adına Respublika stadionudur. Ancaq istənilən meydanda oynamalıyıq”.

Baş məşqçi penalti seriyasına köklənmədiklərini bildirib: “Penalti seriyasına hər bir komanda hazır olmalıdır. Ancaq futbolçularla hər zaman ümumi oyun haqda danışıram. Əvvəlcədən penalti seriyası barəsində düşünməkləri yaxşı deyil”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu saat 21:00-da başlanacaq.

Xatırladaq ki, bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri