17 
İyl
2019
01:35
100
22
10664
Virtual karabakh

ÇL-də II mərhələyə yüksələn altı komanda - NƏTİCƏLƏR

17 İyl, 2019
01:35
10664

ÇL-də II mərhələyə yüksələn altı komanda - NƏTİCƏLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub. 

Bu qarşılaşmalardan sonra ÇL-də II təsnifat mərhələsinə yüksələn ilk 6 komanda bəlli olub.

Bu sevinci “Nomme Kalyu”, “Saburtalo”, HİK, “Valletta”, TNS və “Srvena Zvezda” klubları yaşayıb.

Qeyd edək ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ”ın Albaniyanın “Partizani” klubu ilə cavab oyunu iyulun 17-də baş tutacaq. 

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsinin cavab oyunları

16 iyul

“Şkendiya” (Makedoniya) – “Nomme Kalyu” (Estoniya) - 1:2 (İlk oyun – 1:0)

Qollar: İbrahimi, 62-pen – Ugge, 6. Liliu, 90+1.

“Saburtalo” (Gürcüstan) – “Şerif” (Moldova) - 1:3 (3:0)

Qollar: Roloviç, 59 – Latif, 3. Marqelaşvili, 8-öz qapısına. Rambe, 11.

“HB Torshavn” (Farer adaları) – HİK (Finlandiya) - 2:2 (0:3)

Qollar: Pingel, 17. Andersen, 56 – Riski, 60; 77.

“Valletta” (Malta) – “Düdelanj” (Lüksemburq) - 1:1 (2:2)

Qollar: Fontanella, 35 – Pokar, 59.

“Ferronikeli” (Kosovo) – TNS (Uels) - 0:1 (2:2)

Qol: Ebbe, 67.

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) - 2:1 (0:0)

Qollar: Boakye, 4. Marin, 29 – Topçaqiç, 90+6.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri