17 
İyl
2019
22:52
570
64
12919
Virtual karabakh

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələdə - YENİLƏNİB

17 İyl, 2019
22:52
12919

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələdə - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.

Ağdamlıların heyətində xorvatyalı yarımmüdafiəçi Filip Ozobiç və ispaniyalı Dani Kintana fərqlənib.

İlk oyunda səfərdə qolsuz heç-heçəyə razılaşan Azərbaycan çempionu bu qələbə ilə ikinci mərhələyə yüksəlib.

Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

17 iyul

21:00. “Qarabağ” – “Partizani” (Albaniya) – 2:0

Qollar: Filip Ozobiç, 51, Dani Kintana, 90+4

Baş hakim: Dumitri Muntean 

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 0:0

 

22:10

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” matçında hesab açılıb.

Oxu.Az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə “Qarabağ” önə keçib.

Ağdamlıların heyətində xorvatyalı yarımmüdafiəçi Filip Ozobiç fərqlənib.

Hazırda davam edən görüşdə “Qarabağ” qalib gəlir.

Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

17 iyul

21:00. “Qarabağ” – “Partizani” (Albaniya) – 1:0

Qol: Filip Ozobiç, 51

Baş hakim: Dumitri Muntean 

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 0:0

 

21:03

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” matçına start verilib.

Oxu.Az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüş saat 21:00-da başlayıb.

Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

17 iyul

21:00. “Qarabağ” – “Partizani” (Albaniya) – 0:0

Baş hakim: Dumitri Muntean 

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 0:0

 

20:20

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Partizani” matçının heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, saat 21:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcəklər.

Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

17 iyul

21:00. “Qarabağ” – “Partizani” (Albaniya)

Baş hakim: Dumitri Muntean 

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 0:0

“Qarabağ”: 13. Vaqner da Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri

Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Xosep Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun

Baş məşqçi: Franko Lerda

 

10:14

Bu gün UEFA Çempionlar Liqasında 10 görüş keçiriləcək.

Oxu.Az xəbər verir ki, görüşlərdən biri Bakıda, “Dalğa Arena”da baş tutacaq.

Belə ki, Ağdamın “Qarabağ” klubu bu gün 2019/2020 mövsümündə Bakıda ilk avrokubok matçına çıxacaq. Rəqib Albaniyanın “Partizani” klubudur. Tiranadakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, Bakıdakı görüşün əhəmiyyəti birə-beş artıb.

Bu matçda zədəli mərkəz müdafiəçisi Bədavi Hüseynovun əvəzinə Rahil Məmmədovun yox, daha təcrübəli Maksim Medvedevin oynayacağı gözlənilir. Ancaq Maksimin sağ cinahda Abbas Hüseynovu əvəzləməsi də gözləniləndir.

Həmçinin müdafiənin sol cinahında braziliyalı Ailton “Qarabağ”da debütünü gerçəkləşdirəcək. O, ilk matçı cəzalı olduğu üçün buraxmalı olmuşdu.

Qeyd edək ki, saat 21:00-da başlayacaq görüşü Moldovadan olan hakim Dmitri Muntyan idarə edəcək.

Oyun “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri