18 
İyl
2019
04:14
273
21
2944
Virtual karabakh

Teymur Rəcəbov Almaniyada liderlər sırasında

18 İyl, 2019
04:14
2944

Teymur Rəcəbov Almaniyada liderlər sırasında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin dördüncü turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, dördüncü turda şahmatçımız Teymur Rəcəbov Lenyer Dominqeslə (ABŞ) heç-heçə edib.

Dörd turun nəticəsinə görə Teymur Rəcəbov liderlər sırasında yer alıb: 2,5 xalla o 2-4 yerləri bölüşdürür. Turnir cədvəlinə amerikalı qrossmeyster L. Dominqes başçılıq edir.

Beşinci turun oyunları iyulun 19-da keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri