20 
İyl
2019
21:33
166
35
3479
yuxarı
Cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar - FOTO
Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Azərbaycan Cüdo Federasiyasından verilən xəbərə görə, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları üç medal qazanıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) da bürünc medal qazanıb.
Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə bir qızıl və iki bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
9 
Dek
2019
14:45
Rusiyaya şok qadağa: Olimpiada və dünya çempionatında iştirak edə bilməyəcək
168
51
2683
8 
Dek
2019
15:13
Uşaq taekvondoçular Avropa çempionatından yeddi medalla qayıdır - YENİLƏNİB + FOTO
229
21
2161