21 
İyl
2019
12:21
270
49
7113
Virtual karabakh

Bakı-2019: Üç güləşçimiz finalda - YENİLƏNİB + FOTO

21 İyl, 2019
12:21
7113

Bakı-2019: Üç güləşçimiz finalda - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində üç güləşçimiz finala yüksəlib.

Oxu.Az xəbər verir ki, Murad Haqverdiyev, Əbülfəz Nəsirov, Fərid Sadıxlı bütün rəqiblərindən üstün olaraq final mərhələsinə yüksəliblər.

Nihat Məmmədli isə bürünc medal üçün təsəlliverici görüşə çıxacaq.

Həlledici qarşılaşmalar saat 16:00-da başlayacaq.

11:33

Bu gün idmançılarımız Bakıda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışına uğurla başlayıblar.

Oxu.Az xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq çəki dərəcələrində mübarizə gedir.

Təmsilçimiz Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisi Eldar Asakayevə “tuşe” ilə qalib gəlib. İkinci görüşündə də inamlı təsir bağışlayan idmançımız belaruslu rəqibinə aman verməyib - 12:1.

Əbülfəz Nəsirov da britaniyalı həmkarı Harvey Ridinqsi “tuşe” ilə üstələyib – cəmi 30 saniyəyə.

Komanda yoldaşından geri qalmayan Fərid Sadıxlı isə ilk hissədə İtaliya idmançısı Andrea Martinonu məğlub edərək 1/4 finala yüksəlib.

Nihat Məmmədli də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb.

Sərbəst güləş

45 kq 
A qrupu
1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya) 6:0 (tuşe)
2-ci tur - Murad Haqverdiyev - Mikita Berazun (Belarus) 12:1

55 kq 
1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (Böyük Britaniya) 4:0 (tuşe)
1/4 final - Əbülfəz Nəsirov

Yunan-Roma güləşi

45 kq
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İtaliya) 9:0
1/4 final - Fərid Sadıxlı

55 kq
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (Polşa) 11:0

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri