21 
İyl
2019
13:02
156
43
5861
Virtual karabakh

“Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ

21 İyl, 2019
13:02
5861

“Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” futbol klubu Çempionlar Liqasının II təsnifat mərhələsi üçün sifariş vərəqəni UEFA-ya təqdim edib.

Oxu.Az xəbər verir ki, siyahıda 25 futbolçunun adı var:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Faysal Rerrars, Abbas Hüseynov, Bədavi Hüseynov

Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı

Hücumçular: Mahir Emreli, Maqaye Qeye

B siyahısı: Məmməd Hüseynov, Toral Bayramov

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Dundalk” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də “Oriel Park” stadionunda baş tutacaq. Cavab matçı isə iyulun 31-i saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk mərhələdə Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri