22 
İyl
2019
00:16
14
120
3935
Virtual karabakh

“Səbail”i keçən komandanın oyunu yarımçıq qaldı: rəqib məşqçinin ürəyi tutdu - VİDEO

22 İyl, 2019
00:16
3935

“Səbail”i keçən komandanın oyunu yarımçıq qaldı: rəqib məşqçinin ürəyi tutdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Səbail”i mübarizədən kənarlaşdırmış “Universitate Krayova” klubunun Rumıniya çempionatındakı oyunu yarımçıq qalıb.

Oxu.Az xəbər verir ki, buna rəqib “Dinamo”nun baş məşqçisinin huşunu itirməsi səbəb olub.

Belə ki, qarşılaşmanın ilk hissəsində halı pisləşən buxarestlilərin çalışdırıcısı Eugen Nyaqoe üçün təcili tibbi yardım maşını çağrılıb.

Oyun dayandırılıb və məşqçiyə ilkin tibbi müdaxilə olunub. Ancaq ürək tutması ehtimalı olan çalışdırıcı təcili olaraq xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, sonradan oyun davam etdirilib və “Universitat Krayova” 2:0 hesablı qələbə qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri