22 
İyl
2019
01:44
159
27
2290
Virtual karabakh

Azərbaycan gimnastı dünya çempionatında iki medal qazandı

22 İyl, 2019
01:44
2290

Azərbaycan gimnastı dünya çempionatında iki medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə gənclər arasında ilk Dünya Çempionatı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü, fərdi proqramda ölkəmizi təmsil edən Arzu Cəlilova çempionatın iki medalına sahiblənib.

Gənc gimnastımız ilk olaraq, iplə kompozisiyasına görə 17.400 xalla bürünc medal qazanıb. Arzunun ikinci final çıxışı isə top ilə olub. Təmsilçimiz bu proqramda daha da uğurlu çıxış nümayiş etdirərək, 19.200 xalla gümüş medala layiq görülüb.

Digər fərdi gimnastımız Nərminə Səmədova da bu gün xalça üzərində iki final çıxışı icra edib. Nərminə gürzlərlə 16.700 xal toplayaraq 7-ci, lent ilə çıxışına görə isə 15.825 xalla 5-ci yerdə qərarlaşıb.

Qrup hərəkətləri komandalarına gəldikdə isə Azərbaycan təmsilçiləri Fəridə Səfiyarzadə, Selcan Hacızadə, Ləman Əlimuradova, Milana Əkbərova və Mədinə Əsədova 5 halqa ilə icra etdikləri kompozisiyalarına görə finalçılar arasında olublar.

Gənclərdən ibarət komandamızın final çıxışı 19.950 xalla dəyərləndirilib və onlar çempionatı 7-ci olaraq bitiriblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri