22 
İyl
2019
20:09
434
67
9009
Virtual karabakh

Bakı-2019: Güləşçilərimizdən iki qızıl, üç gümüş, bir bürünc medal - YENİLƏNİB

22 İyl, 2019
20:09
9009

Bakı-2019: Güləşçilərimizdən iki qızıl, üç gümüş, bir bürünc medal - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan güləşçiləri Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində aktivlərinə daha iki medal əlavə ediblər.

Oxu.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Mircavad Nəbiyev türkiyəli Şükrü Korpeyə qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmağa haqq qazanıb. Həlledici görüşdə isveçrəli Tomas Fişeri yolundan kənarlaşdıran idmançımız yekunda mükafatçılar sırasına düşməyi bacarıb.

60 kq çəkidə yarışan Sabir Cəfərov finalda Rusiya təmsilçisi Fyodr Baltuyevə yenilib və həmyerlimizin qazancı gümüş medal olub.

Qeyd edək ki, güləşçilərimiz EYOF-un ikinci günündə ümumilikdə iki qızıl, üç gümüş, bir bürünc medal qazanıb.

 

18:55

Azərbaycanın daha iki güləşçisi Avropa Gənclər Olimpiya Festivalında medal qazanıb.

Oxu.Az xəbər verir ki, qadın güləşçilərimiz Mərziyə Sadıqova (61 kq) və Gültəkin Şirinova (46 kq) finala kimi uğurla irəliləsələr də, həlledici görüşdə uyğun olaraq İtaliya təmsilçisi Aurora Russo və rumıniyalı Georgiana-Lavinia Antukaya məğlub olaraq, mötəbər turniri gümüş medulla başa vurublar.

Qeyd edək ki, Azərbaycan güləşçiləri hələlik 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər.

 

17:00

Azərbaycanın daha iki güləşçisi Avropa Gənclər Olimpiya Festivalında qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, yunan-Roma güləşçilərimiz Qurban Qurbanovla Həsrət Cəfərov finalda müvafiq olaraq gürcü və rusiyalı rəqiblərini 6:0 və 7:0 hesabı ilə məğlub edərək qızıl medallarına yiyələniblər.

Qeyd edək ki, dünən Azərbaycan güləşçiləri iki qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

 

14:00

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında bu gün beş güləşçimiz finala çıxıb.

Oxu.Az xəbər verir ki, Mircavad Nəbiyevin ilk görüşdə uduzduğu rəqibi finala çıxdığından, idmançımızın bürünc medal qazanmaq şansı yaranıb.

O, təsəlliverici yarışda türkiyəli Şükrü Körpəni 10:0 hesabı ilə məğlub edib. O, bürünc medal uğrunda isveçrəli Tomas Fişerlə qarşılaşacaq.

Sabir Cəfərov bolqar rəqibini 5:1 məğlub edib. Onun finaldakı rəqibi rusiyalı Fyodor Baltuyev olacaq.

Qurban Qurbanov belaruslu rəqibini 5:0 hesabı ilə məğlub edib. Onun finaldakı rəqibi gürcüstanlı Xviça Abuladzedir.

Həsrət Cəfərov yarımfinalda italiyalı Andrea Settini 6:0 hesabı ilə yenib. Onun finaldakı rəqibi rusiyalı Məhəmməd Qiqiyevdir.

Gültəkin Şirinova fransalı rəqibini 10:3 hesabı ilə məğlub edib. Onun həlledici görüşdəki rəqibi rumıniyalı Georgiana-Lavinia Antuke olacaq.

Mərziyə Sadıqova türkiyəli rəqibini 1:0 hesabı ilə məyus edib. Onun finaldakı rəqibi italiyalı Aurora Russodur.

Qeyd edək ki, bürünc medal və final görüşləri bu gün saat 16:00-dan etibarən start götürəcək.

 

13:18

Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.

Oxu.Az xəbər verir ki, ikinci yarış günündə yeddi çəkidə (dörd oğlan, üç qız) mübarizə baş tutur.

Sərbəst güləşdə Mircavad Nəbiyev (-48 kq) Rusiya yığmasının üzvü ilə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. 6:6 hesabı ilə başa çatan görüşdə son xalı rusiyalı idmançı qazandığı üçün qələbə ona verilib.

Sabir Cəfərov (-60 kq) ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl (10:0) qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib – 12:1. O, yarımfinalda bolqarıstanlı İvan Stoyanovla qarşılaşacaq.

Yunan-Roma güləşində isə Qurban Qurbanov (-48 kq) da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib – 8:0. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib (10:0). İdmançımız yarımfinalda belaruslu Maksim Stupakeviçlə yarışacaq.

Həsrət Cəfərov (-60 kq) əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib – 12:0. O, 1/4 finalda belaruslu Mikita Muraşkaya 13:5 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qadın güləşçilərimizdən Gültəkin Şirinova (-46 kq) 1/8 finalda Finlandiya təmsilçisini 7:4 hesabı ilə üstələyib. Həmyerlimiz Belarus idmançısını da 6:1 hesabı ilə devirərək adını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi fransalı Fanni Viqurodur.

Lalə Mirzəyeva (-49 kq) debütdə Moldova güləşçisi ilə bacarmayıb – 2:8.

Mərziyə Sadıqova (-61 kq) ilk görüşdə Ukrayna idmançısından güclü olub – 6:3. Daha sonra Rusiya güləşçisi ilə gərgin mübarizədən qalib ayrılan (1:1) Mərziyə yarımfinala yüksəlib. Onun finala çıxmaq uğrunda rəqibi türkiyəli Elmas Çəlikdir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri