22 
İyl
2019
15:38
142
25
9404
Virtual karabakh

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri

22 İyl, 2019
15:38
9404

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, “Qarabağ” II təsnifat mərhələsində qarşılaşacağı İrlandiyanın “Dandok” klubunu keçərsə, APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Əgər Ağdam klubu irlandlara qalib gəlsə, sözügedən cütün qalibi ilə ilk matç səfərdə baş tutacaq. III təsnifat mərhələsində ilk oyunlar 6-7 avqustda, cavab matçları 13 avqustda olacaq.

“Qarabağ” İrlandiya klubuna uduzub Avropa Liqasında çıxışını davam etdirsə, bu zaman da Ağdam komandasının potensial rəqibləri bəllidir. “Qarabağ”ı Avroliqanın III təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Ferronikeli” (Kosovo) cütünün qalibi ilə matç gözləyir.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab matçları avqustun 15-də keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri