23 
İyl
2019
13:00
139
44
5065
Virtual karabakh

Ciu-citsu üzrə beşqat dünya çempionu Bakıda - FOTO

23 İyl, 2019
13:00
5065

Ciu-citsu üzrə beşqat dünya çempionu Bakıda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya hüquq-mühafizə və güc strukturlarının döyüş növləri üzrə təlimatçısı, ciu-citsu idman növü üzrə beş dəfə dünya çempionu olan Roys Qreys Azərbaycanda təşkil edilən ciu-citsu üzrə beynəlxalq seminarda iştirak edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində, 22 iyulda mərkəzə gələn R.Qreys İdman-sağlamlıq mərkəzinin rəisi, polkovnik Füzuli Musayev və FHN Akademiyasının rəisi general-mayor Baba Salayevlə görüşüb.

O, Akademiya və İdman-sağlamlıq mərkəzinin kompleksi ilə yaxından tanış olub, Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində kompleksində keçirilən Rusiya və Belarus komandaları arasındakı voleybol yarışına tamaşa edib.

Sonda qonağa İdman sağlamlıq mərkəzinin hədiyyələri təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri