23 
İyl
2019
13:10
129
26
3948
Virtual karabakh

İdman gimnastlarımız EYOF-2019-a uğurlu başladı

23 İyl, 2019
13:10
3948

İdman gimnastlarımız EYOF-2019-a uğurlu başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın idman gimnastları Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında ilk çıxışlarını başa vurub.

Oxu.Az-ın xəbərinə görə, Mənsum Səfərov, Səməd Məmmədli və Ağakazım Rüstəmovdan ibarət komandamız çoxnövçülükdə debüt edib.

Komandamızla yanaşı, İslandiya, Kipr, Polşa, Avstriya və Belarus idmançıları yarışıb.

Gimnastlarımızın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilib. Hazırda komandamız ilk çıxışlardan sonra I sıradadır.

Saat 13:45-dən etibarən yenidən start götürəcək ikinci və üçüncü qrup çıxışlarından sonra komandamızın medal qazanıb-qazanmadığına aydınlıq gələcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri