23 
İyl
2019
14:33
146
9
2087
Virtual karabakh

Azərbaycan millisi Moskvada 1/8 finala çıxdı

23 İyl, 2019
14:33
2087

Azərbaycan millisi Moskvada 1/8 finala çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Azərbaycan milli komandası bu gün Macarıstan yığması ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. 

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında futbolçularımız daha dəqiq oynayıb və komandamız 3:1 hesabı ilə qalib gəlib. Oyun zamanı Sabir Allahquliyev dubl edib, digər qolu isə Comərd Baxşəliyev vurub.

Növbəti mərhələyə yüksələn millimiz Rusiya, İspaniya və İsveç yığması ilə bir qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri