23 
İyl
2019
16:30
29
122
2565
Virtual karabakh

Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu

23 İyl, 2019
16:30
2565

Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın İrlandiyanın “Dandok” klubu ilə oyununun hakimləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək cavab oyununu Sveyn Odvar Moen idarə edəcək.

Bu hakim 2013-cü ilin iyunun 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən görüş olan Çexiya – İtaliya matçında daha çox məşhurlaşıb. Belə ki, həmin matçda qonaq komandanın məşhur hücumçusu Mario Balotelli qırmızı vərəqə ilə meydandan qovulub.

Ona Maqnus Lundberq, İsaak Elias Şeset Başevkin laynsman qismində və Siqurd Krinqstad dördüncü hakim qismində kömək edəcək.  

Qeyd edək ki, bu oyun iyulun 31-də saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri