23 
İyl
2019
16:54
155
27
2171
Virtual karabakh

EYOF-2019: Daha iki güləşçimiz qızıl medal qazandı

23 İyl, 2019
16:54
2171

EYOF-2019: Daha iki güləşçimiz qızıl medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

XV Avropa Gənclər Olimpiya Festivalının (EYOF) güləş yarışlarının sonuncu günündə Azərbaycanın hesabına iki qızıl medal yazılıb. 

Oxu.Az xəbər verir ki, Elmir Əliyev (-51 kq) və Xasay Həsənli (-65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

E.Əliyev finalda ukraynalı Sanya Yakovlev üzərində 10:0 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medala sahib olub.

X.Həsənli isə həlledici qarşılaşmada hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirən pəhləvanımız oyunun başa çatmasına 17 saniyə qalmış aktivinə iki xal yazdıraraq oyunu qələbə ilə başa vurmağa nail olub. Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Xasay Həsənli festivalda Azərbaycanın aktivinə altıncı qızıl medalı yazdırıb.

Qeyd edək ki, festivalın ilk iki günü 11 Azərbaycan güləşçisindən 10-u medal qazanıb. Azərbaycan dörd qızıl, dörd gümüş və iki bürünc medalla medal sıralamasında liderliyini qoruyur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri