24 
İyl
2019
02:58
253
32
3653
Virtual karabakh

Azərbaycana səkkizinci “qızıl”ı qazandıran güləşçi: Bu bayrağı qaldırmaq fəxrdir

24 İyl, 2019
02:58
3653

Azərbaycana səkkizinci “qızıl”ı qazandıran güləşçi: Bu bayrağı qaldırmaq fəxrdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qızıl medalı qazanmaq üçün çox çalışdım. İtaliyada keçirilmiş Avropa çempionatının finalında rusiyalı idmançıya uduzmuşdum. Ona görə də məşqçim Vahid Məmmədovla bu yarışa çox ciddi hazırlaşmışdıq.

Bunu Oxu.Az-a Azərbaycana Avropa Gənclər Olimpiya Festivalında səkkizinci qızıl medalı qazandıran sərbəst güləşçi Cəbrayıl Hacıyev deyib.

65 kq-da çıxış edən dağıstanlı legionerimiz Azərbaycanın bayrağını qaldırmaqdan qürur hissi keçirdiyini bildirib: “İstəyirdim ki, bu qızıl medalı anama, atama və məni dəstəkləyən, kömək edən bütün insanlara həsr edim. Bu, sonuncu qızıl medalım deyil. İnşallah, Azərbaycan bayrağını yenə ucalarda dalğalandıracağam. Bolqarıstanda keçiriləcək dünya çempionatında da Azərbaycanın bayrağını qaldırmaq istəyirəm. Mənə Azərbaycan adından çıxış etmək çox xoşdur. Hamı mənə kömək olur, dostcasına yanaşır. İlk dəfə fevralda Azərbaycan çempionatında çıxış edib ölkə çempionu olmuşdum. Allah məşqçilərimizə can sağlığı versin ki, onların sayəsində çempion oldum”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri